Daha bir milli üzvü `Qarabağ`da!!! Rəsmiləşdi!!!

Daha bir milli üzvü `Qarabağ`da!!! Rəsmiləşdi!!!
`Qarabağ`ımız transferə doymur. Millidəki keçirdiyi 109 oyunla bu kriteriyada 2-ci sırada qərarlaşıb. Və millisinin `vuran` ayaqlarından sayılır. İngiltərənin `Kristal Pelas`, Rusiya `Spartak`ının şərəfini qoruyub. `Liverpul`a vurduğu qol hələ də unudulmayıb. Sol cinahda, sürətli, ağıllı və texnikalı oyunuyla rəqiblərinə başağrısı yaradır. 2004-cü il Avropa çempionatında millisinin aparıcı üzvü idi. Bəli, söhbət məhz Andrey Rubinsdən gedir. Latviya millisinin vingeri artıq `Qarabağ`ımızın üzvüdür. Rubins bu gündən etibarən `Qarabağ`ın uğurları üçün tər tökəcək. Uzun müddətdir `Qarabağ`ımız sıralarında olan Andrey artıq rəsmi olaraq `Qarabağ`ımızın üzvdür.Andrey `Qarabağ`ımızın saytına verdiyi açıqlamada `Qarabağ`la bağlı danışdı:` Azərbaycanda olduğum müddətdə `Qarabağ`ın çox sevildiyini və ölkədə xüsusi hörməti olduğunu gördüm. Xüsusilə, ötən mövsüm avrokuboklarda uğurlu çıxışı rəğbətlə qarşılandı. `Qarabağ` Azərbaycan millisinin özəyini təşkil edir. Mənimlə öncə eyni klubda çıxış edən Samir Abbasovla təcrübəmizin `Qarabağ`ın yeni mövsümü çempionluq yolunda faydalı olacağını düşünürəm. `Qarabağ`ın toplu, texniki futbolu əsl mənə görədir. Ümid edirəm ki, yeni komandamda tarixdə ölkə futbol tarixində iz buraxacaq işlər görə biləcəyik`.