DAHA BİR SORĞU BAŞA ÇATDI
11 May 2005
DAHA BİR SORĞU BAŞA ÇATDI
Saytımızda keçirdiyimiz növbəti sorğu başa çatdı.
Son derbi matçında "Neftçi"yə qalib gələn klubumuzun azarkeşlərinin bu matç haqqında fikirləri maraq doğururdu.Bu baxımdan qazanılmış qələbənin hansı xüsusiyyətlərə görə əldə olunması, "Qarabağ"ın matç günü "Neftçi"dən üstün tərəflərinin nə olması sorğuda öz əksini tapmışdır.
Nəticələrlə sizi tanış edirik:
Qələbəyə inam - 33,5%
Yalnız bəxt - 30,5%
İstək - 19,5%
Taktiki gedişlər - 6,5%
Fiziki durum - 5,5%
Psixoloji durum - 4,5%
Nəticədən göründiyi kimi, Qələbəyə inam "Qarabağ"ı "Neftçi"dən üstün edən əsas amil sayılmışdır. Lakin bəxtin də klubumuzun tərəfində oldugunu düşünən respondentlər az deyil: 30,5%. Taktiki gedişlər, komandanın fiziki hazırlıq səviyyəsi və matça psixoloji hazırlığın rəqibdən üstün olduğunu düşünən respondentlər səs verənlərin cəmi 16,5% təşkil edib.
Növbəti sorğumuz qarşıdakı Lənkəran derbisi haqqındadır. Azarkeşlərin bu matç haqqında nə düşündükləri maraq doğurur. Xatırladaq ki, sorğu matç günü- 15 maya qədər davam edəcək.