DAHA BİR YOLDAŞLIQ OYUNU . . .

single-news
10 Okt 2006

DAHA BİR YOLDAŞLIQ OYUNU . . .



"G.BİRLİYİ" 1-1 "QARABAĞ" "Qarabağ" - A.Səlimov, S.Abbasov, B.İliç,A.Məmmədov, R.Hüseynov, M.Hüseynov, X.Mərdanov, V.Haqverdiyev, M.Orucov, V.Haqverdiyev, K.Kərimov, H.Dəmir. Oyuna Baş məşqçimiz Böyükağa Ağayev fərqli taktika isə çıxmışdı. O, Müşviqi yarımmüdafiə xəttinə çəkməklə, Hakana Kənanla hücumda şans vermişdi. Qapıda isə əsas qapıçının müllidə, əvəzedici qapıçının isə zədəli olması "Qarabağ-2"nin qapıçısına zərurət yaratmışdı. Bu oyunda da Slobodan Sladoyeviç, Elmir Xankişiyev, İrakli Berayaya istirahət verilmişdi. Oyun öncəsi komandamızın 1,5 saatlıq məşq keçməsi, gündəlik iki dəfəlik intensiv məşqlər komandanın sürətli oyununa maneçilik törədən səbəblərdən idisə, bu da komandanın "G.Birliyi" ilə oyunda güclü tərəf olmasına təsir etmirdi. Oyun boyu üstün futbol sərgiləyən komanda üzvləri dəfələrlə gözəl kombinasiyalar, qol vəziyyətləri ilə yadda qaldılar. Rəqibin ilk hissədə yaratdığı yeganə əks hücum isə qolla nəticələndi.Buna baxmayaraq komandamız Kənanın zərbəsi ilə hesabı bərabərləşdirərək, dəfələrlə qələbə topunu vurmaq üçün də şans qazandı. Lakin bu şansları sağa-sola xərcləyən "Qarabağ"lılar sonda heç-heçə ilə kifayətləndilər. "Qarabağ" növbəti yoldaşlıq görüşünü 12.10.2006-cı il tarixində "U-19"-a qarşı keçirəcək.

Paylaş

// pop up