Daha iki hücumçu...

single-news
24 Yan 2010

Daha iki hücumçu...



`Qarabağ` Futbol Klubunun Antalya təlim məşq toplanışı sona çatmaq üzrədir. Transfer məsələsində tələsməyən komandamız sabah keçiriləcək yoldaşlıq görüşündə daha iki hücumçunu yoxlamaq niyyətindədir...

Zelko MALCİC

1981-ci il doğumlu futbolçunun ampluası hücumçudur. Xarvatiyanın Cibalia Vinkovci komandasında müqaviləsi olan futbolcu son 6 ayı məhz bu klubda keçirmişdir. Bundan öncə isə futbolçu Almanya ikinci liqasında da oynamışdır. Əslən xorvat olan Malcic bu gün komandamızın düşərgəsinə qoşulmuş, sabahkı iki görüşün birində özünü sübut etməyə çalışacaqdır.

Stinga PETRU

Əslən Moldovalı olan futbolcu 22 yaşındadır. Moldovanın super liqa təmsilçisi, hal-hazırda liderlər qrupunda yer alan `İskra` komandasında oynayan futbolçu `Şerif`, `Dacia` komandalarının da şərəfini qorumuşdur. Bu futbolçu da sabah keçiriləcək oyunda özünü sübut etmək üçün komandamıza dəvət almışdır...

Xatırladaq ki 25 yanvar tarixində keçiriləcək oyunlar uyğun olaraq saat 11:00 və 16:00-da başlanacaqdır.

Paylaş

// pop up