Daha üç klub xaricə getdi ( SON DEQIQE, 21.01.2006)

single-news
21 Yan 2006

Daha üç klub xaricə getdi ( SON DEQIQE, 21.01.2006)



"Qarabağ" baxışa çağırdığı legionerlərdən imtina etdi. Artıq Mamuka Sereteli, İqor Lısak, Dəmir Əbdürrəhmanov, Valeri Sviryov, Georgi Koridze və Roman Udodov Ağdam klubunun düşərgəsini tərk edib. İndi əyalət klubu "Turan"dan ayrılan Romal Hüseynov, Asen Nikolov, Saşa Kovaçeviç və Dalicor Draqiçin transferini həll etmək istəyir. "Qarabağ" həmçinin "Bakı"dan Samir Əbdürrəhmanovla Fernando Peresi icarəyə götürmək niyyətindədi. Antalyaya gedəcək "MKT-Araz" isə Simferopol "Tavriya"sından gələn qapıçı Aleksandr Babakla yarımillik müqavilə bağlayıb. Ondan başqa "Turan"dan ayrılan İlqar Əbdürəhmanov və Tengiz Siçinava da imişlililərlə anlaşıb. "Ədliyyə"nin hücumçusu Amil Əhmədov da "MKT-Araz"ın formasını geyəcək. Yevgeni Şimonla Sergey Makoveylə də anlaşma rəsmiləşib. Milliləşən gürcü Zaza Latsabidze isə zədəli olduğundan geri göndərilib. Onun "Turan"da qalacağı gözlənilir. Bu arada "Gənclərbirliyi" "İnter"dən icarəyə götürdüyü Qoderdi Qoqoladzedən imtina edib. Gürcü Cənubi Kiprə gedən "bank təmsilçisi"nə qoşulub. Yeri gəlmişkən, "İnter" komandanın bütün oyunçularını və baxışda olanları təlim-məşq toplanışına aparıb. İstisna kimi yalnız dörd oyunçunu qeyd etmək olar. Zaur Həşimov və Vyaçeslav Lıçkin kimi Samir Əliyevlə qapıçı İqor Dmitriyeviç də Bakıda qalıb. Zədəsini təzə sağaldan Zaur fərdi məşqlərə yeni başladığından vətəndə qalıbsa, Slava Almaniyaya yollanıb cərrah masasına uzanacaq. Həftəsonunadək viza problemi həll olunacaq İqoр kimi Samirin də 3-4 günə bu məsələni həll etməsi gözlənilir. Ymumiyyətlə, paytaxtda qalan futbolçular ayın 21-22-də oyundaşlarına qoşulmalıdı. Süleyman Kamara və Roman Axalkatsiylə anlaşmağa yaxın olan "Karvan" dünən Antalyaya gedib və bu iki yeni oyunçunu da özüylə götürüb. "Qarabağ" isə Türkiyə toplanışını ləğv edib. Ağdamlılar qərarını Türkiyədə geniş yayılan quş qripiylə izahlasa da, əslində komandanın maddi imkanlarının buna əngəl olduğu gün kimi aydındı.

Paylaş

// pop up