“Daha yaxşı çıxış edə bilərik”

single-news
4 Okt 2024

“Daha yaxşı çıxış edə bilərik”



Avropa Liqasında Liqa mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Malmö” (İsveç) matçından (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:

 

“Doğma azarkeşlərimiz önündə məğlub olmaq istəməzdik. Qol epizodlarımız çox oldu. “Malmö”nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, fasilədən sonra aqressiv başlamalıydıq. İlk dəqiqələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha uğurlu nəticə əldə edə bilərik. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq”.

 

Baş məşqçi bəzi futbolçuların formadan uzaq olduqlarını söyləyib: “Ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Bəzi futbolçular oyun formasından uzaqlaşıblar. Psixoloji yorğunluq da ola bilər. Bu, avrokubok matçlarında hiss olunur. Daha yaxşı çıxış edə bilərik. Xüsusən də, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq”.

Paylaş

// pop up