Davam edən seriya və təkrarlanır 1:1
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5679.jpg)
6 Avq 2012
Davam edən seriya və təkrarlanır 1:1
`Qarabağ`ımız 2012-2013 mövsümünə `İnter`lə oyunla strat verdi. Cari mövsüm yüksək hədəflər uğrunda mübarizə aparan komandalar döyüşü Şüvəlandakı `AZAL-Arena`da baş tutdu.
`Qarabağ`ımız oyuna 2 itkiylə çıxacağı bəlli idi. Komandamızın əsas silahlarından olan Vaqif Cavadovla yanaşı yeni transferimiz Hacı Əhmədov da zədəli idi. Belə də Vaqifin doğma mövqeyi olan sol cinaha Muarem Muarem keçmişdi. `Qarababağ`ımızın heyətində yeni transferlər Riçard və Miro Varvodiç də start heyətində meydana çıxmışdı. Cari mövsümdən tətbiq olunan 21 yaşlı futbolçu limitini komandamızın çalışdırıcısı Qurban Qurbanov Qara Qarayevlə doldurmuşdu.
Oyunun ilk dəqiqələri kəşfiyyat xarakteri daşısa da, getdikcə təşəbbüsü ələ alan komandamız ardıcıl həmlələr etməyə başladı. Əfranın ötürməsinə Rauf çata bilmədi. Yarım saatdan bir neçə dəqiqə keçmiş Muarem cərimə meydançasında kobudluqlda dayandırılsa da, hakimin fiti susdu. Amma 5 dəqiqə sona arzulanan və gözlənilən qol gəldi. Qaranın təzyiqi nəticəsində topa Muaremin önünə düşdü. Makedoniyalı türk isə çətinlik çəkmədən yeni mövsüm üçün həm özünün, həm də komandasının ilk qolunu vurdu.
Qoldan sonra komandamız 2-ci qolu vurmağa borclu idi. Cəmi 1 dəqiqə sonra Rauf `İnter`in müdafiəçisi Abdullayedən topu oğurladı. Qapıçıya təkbətək çıxan forvardı arxada qalan müdafiəçi kobudluqla dayandırsa da, hakimin nə Abdullayeni meydandan qovmağa, nə də qayda pozuntusu qeydə almağa cəsarəti çatmadı. İlk yarının son dəqiqələri də beləcə üstünlüyümüzlə keçdi.
İkinci yarıya nominal ev sahibləri daha istəkli başladı. Buna eyni zamanda meydanın mərkəzini rəqibə verməyimizin də rolu oldu. Belə də kəskin əks-hecumlar üçün zəmin yarandı ki, 53-cü dəqiqədə Muarem dubl etməyə sadəcə borclu idi. Komandamızın yeni kapitanı seçilmiş Rəşad Sadıqovun meydanın mərkəzindən fantastik ötürməylə qapıçıyla duelə göndərdiyi Muarem qolkiperi də keçsə də Abdullaye topu boş qapıdan çıxara bildi.
Oyunun sonuna yaxın oyunda bir gərginlik olsa da tərəflər sanki mövcud hesaba razılaşmış görünürdü. Amma 88-ci dəqiqədə hava ötürməsi zamanı Admir Teli Baçana ilə mübarizədə topu tərs zərbəylə öz qapımıza göndərdi. Geridə qalan müddətdə komandamız irəli atılsa da hesab dəyişmədi və ilk görüşdəcə tərəflər 1 xalı qəbul etməli oldular. Maraqlıdı ki, eyni ssenarı ötən mövsümün final mərhələsindəki ilk oyunda da yaşanmışdı. O zaman da komandamız hesab da 1:0 öndə olsa da, son dəqiqədə Başana hesabı bərabərləşdirmişdi.
Maraqlıdı ki, tərəflər sonuncu 2 oyun öncə və ya 90 gün bundan əvvəl ötən çempionatın sondan 2-ci turunda qarşılaşmışdılar. O zaman Raufun vurduğu yeganə qol həlledici olmuşdu. O zaman da Fariz Yusifovun fit çaldığı oyun bugünki seriyamızın davamını gətirdi. Belə ki, `Qarabağ`ımız ardıcıl 8-ci oyunda da `bankir`lərlə məğlub olmadı. Bu oyunların 5-də komandamız qələbə qazanıb. Və rəqibə cəmi 2 dəfə qol sevinci yaşatmışıq.