DAVAM EDİRİK

single-news
26 İyl 2008

DAVAM EDİRİK



“Qarabağ”  komandasına Türkiyə dönüşündən sonra verilmiş 2 günlük istirahət artıq başa çatıb. Artıq dünən saat 18:00-da Suraxanı qəsəbə stadionunda çempionat öncəsi son hazırlıq mərhələsinə qədəm qoyulub. Komandamızın baş məşqçisi dünən Bakıya dönsə də ilk məşqi onun köməkçiləri həyata keçirib. Bu gün səhər trenajorla başlayan məşqlərdə isə Rasim Kara özü də iştirak edib. Günün ikinci məşqi isə Suraxanı qəsəbə stadionunda baş tutacaq. Onu da bildirək ki, Sedat Şahinin ardından digər yeni legionerlər Artim Şakiri və Zekeriyya Ramazani də komandanın düşərgəsinə qoşulublar.

Dünən komandamızın düşərgəsinə daha bir legioner qoşulub. Neny Bihombele Konqoda dünyaya göz açsa da, Fransa  vətəndaşıdır. Karyerası boyunca Fransa, Belçika,  Ruminiya, İsveçrə, Yunanıstan klublarında top qovub. Sonuncu klubu İspaniyanın B diviziyonunun təmsilçisi “Huesca” olub. 29 yaşı, 182 sm boya malikdir.

Nəzərinizə çatdıraq ki, çempionat başlayana qədər məşqlərini Bakıda davam etdirməyi planlaşdıran komandamız bu müddətdə iki yoxlama oyunu keçirməyi planlaşıdırır. Həmin oyunlar 30 iyul- 2 avqust aralığında keçirilməsi istisna olunmur.  

Paylaş

// pop up