DÇ-NIN SEÇME OYUNU: İNGİLTƏRƏ 2 - 0 AZƏRBAYCAN

single-news
31 Mar 2005

DÇ-NIN SEÇME OYUNU: İNGİLTƏRƏ 2 - 0 AZƏRBAYCAN



AZƏRBAYCAN: 1.D.Kromorenko, 2.R.Əmirbəyov(15.V.Quliyev,46), 3.A.Hacıyev, 14.R.Sadıqov, 4.Z.Həşimov, 6.İ.Əbdürrəhmanov, 7.R.Məlikov, 5.E.Baxşiyev, 8.A.Kərimov, 9.Q.Qurbanov(10.A.Ponomaryov,76), 11.N.Nəbiyev(17.D.Axtyamov,76). İNGİLTƏRƏ: 1.P.Robinson, 2.H.Nevill, 5.R.Ferdinand(14.L.Kinq,77),6.C.Terri, 3.E.Koul, 7.D.Bekhem (18.C.Defo,84), 4.S.Cerard, 8.F.Lempard, 11.C.Koul, 9.U.Runi(15.K.Dayer,77), 10.M.Ouen. Qollar: Cerard,51 (1:0), Bekhem,62 (2:0). Oyun gözlənildiyi kimi, İngiltərənin hücumları ilə başlasa da , ilk qol vəziyyətini elə ilk hücumdaca Azrəbaycan millisi yaratdı.Qurban Qurbanovun güclü zərbəsi qapıdan azacıq aralı keçdi. Bu oyunun 7-ci dəqiqəsində baş verdi. Oyunda qapımız qarşısında dəfələrlə qol vəziyyəti yaradan rəqib isə gah qapı dirəyini nişan alır, gah da bəxt onlardan üz döndərirdi... İkinci hissədə də ilk qol vəziyyətini millimiz yaratdı. Bu dəfə isə N.Nəbiyev qapıçı P.Robinson ilə təkbətək çıxsa da, Polşa ilə oyunda olduğu kimi, bu dəfə də hücumçu olduğunu sübut edə bilmədi. Bunun əvəzundə isə rəqib əsl futbol şousu göstərməyə başladı. 51-ci dəqiqədə isə qapımıza vurulan topun qarşısını almaqda qapıçımız aciz idi. Üstündən 11 dəqiqə yenicə keçmişdir ki, Bekhem N.Nəbiyevdən fərqli olaraq, düşən fürsətdən istifadə etdi:2:0. Oyunun sonlarında hesab arasındakı fərqi artırmağa imkan olsa da, sonda nəticə dəyişmədi: 2:0. Digər oyunların nəticələri ilə DÜNYA XƏBƏRLƏR bölümündə tanış ola bilərsiniz.

Paylaş