DÇ SEÇMƏ MƏRHƏLƏSİ: SÖNÜK OYUN, AMMA NƏTİCƏ...

single-news
8 Sen 2005

DÇ SEÇMƏ MƏRHƏLƏSİ: SÖNÜK OYUN, AMMA NƏTİCƏ...



Azərbaycan yığması: Dmitri Kramarenko, Emin Quliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Rəfail Əmirbəyov, Aslan Kərimov, Mahir Şükrov, Aftandil Hacıyev, Yuri Muzika (Elman Baxşıyev-79), Zaur Tağızadə (Nadir Nəbiyev-89 ), Qurban Qurbanov (Samir Əliyev-90). Millimiz bu matça iddialı çıxmışdı. Heyətdə əvvəlki matçdan fərqli dəyişikliklər də bunu deməyə əsas verirdi. Lakin rəqib də zəif deyildi. İlk hissənin ortalarında ard-arda hücumlar da onların səviyyəsini göstərirdi. Matç bir qədər sönük keçsə də, müəyyən epizodlar matçın özəlliyini artırırdı. Bir neçə təhlükəli zərblərin qarşısını qapıçımız Kromarenko ala bilrdisə, Millimizin zərbələri isə təhlükəli alınsa da qapı çərçivəsindən yan keçirdi. Belədə son nəticənin də oyuna görə olduğunu desək yəqin ki heç kim bizi qınamayacaq: 0-0. Qol vura bilməsək də qol da buraxmayaraq aktivimizə daha bir xal yazdıq. Gələcəkdə bir xala yox, qələblərimizə sevinmək arzusu ilə... Qrupun digər maçlarında Polşa Uelsi 1:0, Ş İrlandiya isə İngiltərəni gözlənilmədən 1:0 hesabı ilə məğlub etdi. Seçmə mərhələnin digər oyunları ümumi xəbərlər bölümündə..

Paylaş

// pop up