DEBÜTANTLA 3 XAL ÜÇÜN
DEBÜTANTLA 3 XAL ÜÇÜN
“Qarabağ” hazırlıqlarını davam etdirir. Milli oyunlarla əlaqədar olaraq yaranmış fasilədən maksimum yararlanmaq istəyən Qurban Qurbanovun yetirmələri adətən gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Səhər çalışmalarında adətən trenajor zalından istifadə edən komandamız günün ikinci çalışmasını yaşıl sahədə keçirir.
Şənbə günü Suraxanı stadionunda qəbul edəcəyimiz “NBC” matçından 3 xal qoparmağı planlaşdıran komandamızda əla vəziyyət hökm sürür. Hal-hazırda Vaqif Cavadov və Fərhad Vəliyev millinin düşərgəsindədir. Okyabrın 15-i Bəhreynlə görüşdən sonra geri dönəcək adıçəkilən futbolçular premeyerliqanın 8-ci tuturnda çıxış edə biləcək.
Komandada zədəlilərin durumuna gəlincə. Sahil Kərimovun zədəsi bir qədər ciddidir. Qolkiperin sıraya nə zaman dönəcəyi məlum deyil. Digər zədəlilərdən Emin İmaməliyev artıq sərbəst surətdə çalışmalarda iştirak edir. Eyni vəziyyətlə üzləşən Zaur Həşimovun da durumu düzəlib.
Komandamızın bir neçə gün öncə Kankoni testi keçirdiyini xəbər vermişdik. Komandamızın fiziki koordinatoru Mehmet Ak dünən əvəzedici heyətə də eyni testi tətbiq edib.