Dejavü
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5559.jpg)
Dejavü
Premyerliqa 55 gün sonra start götürdü. `Qarabağ`ımız startdaca çempionluğa iddialı `Bakı`nın qonağı oldu. Ötən mövsümün sonunda sürət yığan komandamız paytaxt komandası önündə sadəcə 3 xala köklənmişdi. Bunu komandamızın start heyətindən də anlamaq olardı. Bəxtiyar – Rauf- Əfran 3-lü hücum xətti yaratmışdısa onlara bir qədər arxadan Adamiya 4-cü forvard kimi dəstək verməliydi. Belə hücumameyilli heyətin görüşün ilk dəqiqələrindən ərazi üstünlüyünü ələ keçirməsi gözlənilən idi. İlk dəqiqələrdən ard-arda gələn təhlükələr 24-cü dəqiqədə bəhrəsini verdi. Oyunboyu çıxış etdiyi sol cinahı ələk-vələk edən Bəxtiyar cərimə meydançasına daxil oldu, onun sabiq həmklubları kobudluqla saxladılar ki, Əfran penaltini vurmaqla qaçırdığı ilk qol epizodunu `yudu`. Az sonra Adamiya qapı dirəyini yoxlasa da ilk yarıda 2-ci qol olmadı. 2-ci hissə isə təmamilə komandamızın üstünlüyü ilə keçdi. Elə ilk həmlədəcə Sadiqov topun `9`luğa sancanda qolun sonuncu olmadığı bəlli idi. Az sonra Əfran reyd edərək Adamiyaya 5 ay sonra qol sevinci yaşatmağa imkan yaratdı. Geridə qalan anlarda komandamız dəfələrlə qola yaxın olsa da başqa qol olmadı. Oyun eyni zamanda yeni transferimiz Muarem Muaremin `Qarabağ`ımızda debütüylə yadda qaldı. Beləliklə, `Qarabağ`ımız cari mövsüm ilk böyük hesablı qələbəsini (premyerliqada)`Bakı` üzərində qazandı. `Qarabağ`ımızın bu qələbəsi ilginc məqamı diqqəti daha çox cəlb etdi. `Qarabağ`ımızın 3:0-lıq qələbəsi 2 illik intiqam və ya yerdəyişməylə yadda qaldı. 2 il öncə Quzanlıda ev oyunlarını keçirən `Qarabağ`ımız məğlubiyyətsiz iirəliləyərkən seriyasına məhz paytaxt klubu son qoymuşdu. Özü də böyükhesablı qələbəylə (1:4). 17 Aprel 2010-da qeyd alınmış nəticə 2 il sonra əks istiqamətdə cərəyan etdi. Cari mövsüm `Bakı`nın ev oyunları kimi yararlandığı Tofiq Bəhramov adına stadion təmirə bağlandığından `zolaqlılar` təlim-məşq bazalarının stadionuna keçmiş və məğlubiyyətsiz irəliləyirdilər. `Qarabağ`ımız `Bakı`nı evində məğlubiyyətini məhz böyükhesabla yaşadaraq statu- kvonu bərpa etdi. Beləliklə, 2010- da `Qarabağ`ımız `Bakı`ya böyükhesablı hesabla ilk ev oyununu uduzmuşdusa, cari qələbə `Bakı`ya komandamızın analoji cavabı oldu.