DENİS SOKOLOVSKİ: "NÖVBƏTİ MATÇDA HAMIMIZIN FİKRİ BİRDİR: QƏLƏBƏ!"

single-news
29 Sen 2005

DENİS SOKOLOVSKİ: "NÖVBƏTİ MATÇDA HAMIMIZIN FİKRİ BİRDİR: QƏLƏBƏ!"



Saytımızın bu dəfəki qonağı son kubok oyununda iki gözəl qolla yadda qalan "Qarabağ"ın Ukraynalı legioneri Denis Sokolovskidir. -1979-cı il martın 26-da Donetskdə anadan olmuşam. “Şaxtyor” Futbol məktəbinin yetirməsiyəm. Ancaq karyerama Donetskin digər təmsilçisi “Metallurq”da başlamışam. İki il orada oynadıqdan sonra xaricə üz tutdum. 2000-ci ildə Yunanıstanın “Panionis” klubu ilə müqavilə imzaladım və ilyarım orada oynadım. 2001-ci ildə Polşanın “Poqon” klubuna keçdim. Ciddi zədələnməyim mənə bu komandada çox az zaman çıxış etməyimə səbəb oldu. Altı ay futbolsuz qaldım. Sonra yenidən Ukraynaya qayıdaraq “Vorskla” müqavilə bağladım. 2002-2003 mövsümündə güclülər dəstəsində çıxış edən “Obolon”da oynadım. Son klubum isə “Krivbass”dır. -Futbolçu olmanda yəqin ki atanın rolu böyük olub... - Atam həm keçirdiyi oyun sayına görə(400), həm də vurduğu qolların sayına görə(103) “Şaxtyor”un rekordçusu sayılır. Özü də o yarımmüdafiəçi olub. Mən də o klubda başlamaq istəyirdim. Bunun üçün ilk növbədə “Şaxtyor-2”də özünü göstərmək lazım idi. Sadəcə o vaxt saglıq durumumda bir balaca problem olduğuna görə, bu imkandan məhrum oldum. İndi isə orada çoxlu legioner var, yerlilərdən bir məktəbdə oxuduğum Belik, Vorobey və Timoşuk oradadır. - “Qarabağ”a keçidin necə alındı? - Əvvəl bilməsəm də, sonradan bildim ki, “Şaxtyor”un inzibatçısı İqor Ponomaryovun dostu imiş. O mənə buraya gəlməyi təklif elədi. Mən də “Krivbass” rəhbərliyi ilə danışıb, Antalyaya yollandım. Xoşuma gəldi, müqavilə şərtləri də məni qane etdiyindən, qalmaq qərarına gəldim. - Azərbaycan haqqında ilk təəssüratın necə oldu? - “İnter”də oynamış Sergey Onopkayla əvvəllər “Vorskla”da bir yerdə çıxış etmişəm. O mənə Azərbaycan haqında il təəssüratı verdi və deyim ki, pis heç nə demədi. Sonradan özüm bunun şahidi oldum. Azərbaycan, xüsusilə Bakı gözəl şəhərdir. Buraya uygunlaşmaq, burada yaşamaq mənə elə gəlir ki, legionerlərə problem yaratmamalıdır. Çox qonaqpərvər xalqınız var. - Bəs “Qarabağ”? - Dediyim kimi, Türkiyəyə gəlmişdim. Orada ilk növbədə norma kollektivin, yaxşı məşqçinin olduğunu gördüm. Bir neçə məşq prosesində komandaya uyğunlaşdım. Komandada futbolçuların da məni isti qəbul etdiklərinə görə qalmaq qərarını verdim. - Sən “Qarabağ”a ötən ilin ikinci dövrəsindən qatıldın və onda komanda lider idi. Səncə, nə çatışmadı ki, komanda sondadək bu liderliyi saxlasın? - Çox komandalar var idi ki, liderlik uğrunda mübarizə aparırdı. Sonda biz xal itirdik, onlar isə itirmədilər. Əsasən də “Xəzər-L”la oyundan sonra psixoloji durumumuz bizə sonrakı turlarda böyük təsir etdi. Buna görə də layiq olmadığımız yeri tutduq. - Yeri gəlmişkən, qarşıda “Xəzər-L”la çətin oyun gəlir. Ötən oyundakı dublunu davam etdirməyi fikirləşirsənmi? -Ötən oyunda dubla imza atmam mənə ikiqat sevincli idi. Çünki həmin gün həm də mənim nişanlımın ad günü idi və mən bu qolları ona həsr etdim. Qarşıdakı oyun haqqında isə yalnız bir söz deyə bilərəm: Qələbə. -Komandanın indiki durumundan necə, razısanmi? -Turnir cədvəlindəki durumumuzdan əlbətdəki razı deyiləm. Bizə uyğun olmayan pillədəyik. Normal oyunla yerimiz arasında mənə elə gəlir ki, uyğunsuzluq var. Amma komandada əhval-ruhiyyə , uşaqlar arasında əlaqə əla səviyyədədir. Hamı bir-birinə hörmət edir,klubdaxili nizam- intizamı qoruyurlar. Bütün bunlar qarşıdakı oyunlara sirayət edəcəyinə əminəm.

Paylaş