DERBİ ÖNCƏSİ MÜTƏXƏSSİS FİKİRLƏRİ..."QARABAĞ" -IN "NEFTÇİ" İLƏ BÜTÜN ÇEMPİONATLARDAKI OYUNLARININ NƏTİCƏLƏRİ
3 May 2005
DERBİ ÖNCƏSİ MÜTƏXƏSSİS FİKİRLƏRİ..."QARABAĞ" -IN "NEFTÇİ" İLƏ BÜTÜN ÇEMPİONATLARDAKI OYUNLARININ NƏTİCƏLƏRİ
Şahin Diniyev: "Ötənilki oyunu yaxşı xatırlayıram. Həmin matç çempionluğun taleyi baxımından həlledici oldu. Düzdü gözəl oyun sərgiləyən tərəf "Qarabağ" idi. Amma sərfəli nəticəni "Neftçi" qazandı. Bu matçda şansları bərabər qiymətləndirirəm."(Futbol+)
Alı Alıyev: "Hər iki komandaya uğur arzulayıram. ümid edirəm ki, "Qarabağ"la "Neftçi" gözəl oyun sərgiləyib azarkeşləri sevindirəcək"(Futbol+)
Nadir Qasımov: "Hansı məşqçi komandasını daha yaxşı psixoloji hazırlaşdırsa, o da qazanacaq.Mən nəticəni 40:60 kimi dəyərləndirərdim"(Futbol+)
STATİSTİKA: "Qarabağ" ilk yeddilikdə qərarlaşa komandalar ilə carı mövsümdə 9 dəfə qarşılaşıb və bu oyunlarda 16 xal toplayaraq, yeddlik arasındakı matçlara görə birincidir.
"Neftçi" bu klublar arasında matçlardan cəmi 10 xal toplayıb. Həm də rəqibimiz bu matçlardan rəqib meydanında qələbə qazana bilməyib...Statistika "Qarabağ"ın qalib gələcəyini deyir.
İki klub arasında olan matçların statistikası:
Bütün oyunlar:
26.09.92 "Neftçi"-"Qarabağ" 1:1
20.10.92 "Qarabağ"-"Neftçi" 2:1
16.10.93 "Neftçi"-"Qarabağ" 1:1
03.04.94 "Qarabağ"-"Neftçi" 1:0
02.10.94 "Neftçi"-"Qarabağ" 3:2
12.02.95 "Qarabağ"-"Neftçi" 0:0
17.07.95 "Neftçi"-"Qarabağ" 2:2
06.03.96 "Qarabağ"-"Neftçi" 1:1
29.04.96 "Neftçi"-"Qarabağ" 2:1
06.06.96 "Qarabağ"-"Neftçi" 2:2
11.12.96 "Neftçi"-"Qarabağ" 0:0
06.05.97 "Qarabağ"-"Neftçi" 2:1
22.11.97 "Qarabağ"-"Neftçi" 1:1
02.05.98 "Neftçi"-"Qarabağ" 1:1
23.09.98 "Qarabağ"-"Neftçi" 1:0
30.01.99 "Neftçi"-"Qarabağ" 0:0
24.04.99 "Qarabağ"-"Neftçi" 1:0
15.05.99 "Neftçi"-"Qarabağ" 0:0
14.11.99 "Neftçi"-"Qarabağ" 2:0
02.04.00 "Qarabağ"-"Neftçi" 1:1
05.11.00 "Qarabağ"-"Neftçi" 0:4
04.03.01 "Neftçi"-"Qarabağ" +:-
12.07.03 "Neftçi"-"Qarabağ" 2:0
13.03.04 "Qarabağ"-"Neftçi" 1:3
05.12.04 "Neftçi"- "Qarabağ"1:0
Sonda hər iki klubun baç məşqçilərinin fikirləri:
İ.Ponomaryov: "Qarabağ" yalnız qələbə haqda düşünür. Buna heç kimin şübhəsi də olmasın. Yetirmələrimin psixoloji durumu lazımi səviyyədədir.Əminəm ki, sonda gülən tərəf biz olacağıq."
A.Mircavadov:" Əlbətdə görüşün maraqlı mübarizə şəraitində keçəcəyini indidən söyləmək olar. Meydana yalnız qələbə üçün çıxacağıq. Futbolçularıma güvənim böyükdür."(Futbol+Qol qəzetindən)