DERBİ OYUNLARI NİYƏ CANLI YAYIMLANMADI ( FUTBOL DÜNYASI, 19.09.2006)

single-news
19 Sen 2006

DERBİ OYUNLARI NİYƏ CANLI YAYIMLANMADI ( FUTBOL DÜNYASI, 19.09.2006)



Milli Çempionatın son turunun mərkəzi oyunları "Bakı" - "İnter" və "Neftçi" - "Qarabağ" idi. Amma yayım hüququna malik olan AzTV heç bir oyunu canlı yayımlamadı. Dünən gün boyu redaksiyamıza çıxsaylı telefon zəngləri edən narazı azarkeşlər bu qarşılaşmaların yayımlanmamasının səbəbləri ilə maraqlandılar. Əlaqə saxladığımız AzTV-nin İdman Verilişləri Redaksiyasının baş redaktoru Elnur Əşrəfoğlu "Neftçi" - "Qarabağ" görüşünün saat 20:00-da başlandığını və bu vaxt dövlət kanalında "Xəbərlər" informasiya proqramının efirə çıxdığını bildirdi: "Buna görə də biz "Neftçi"nin rəhbərliyinə müraciət edərək, oyunun yarım saat gec başlamalarını xahiş etdik. Amma bu alınmadığından həmin oyun canlı olaraq tamaşaçılara çatdırılmadı. "Bakı" - "İnter" görüşü isə proqrama əvvəlcədən Rusiya festivalı salındığından canlı yayımlanmadı. Ümumiyyətlə, sivil ölkələrdə oyunların başlama vaxtını yayım hüququnu əldə etmiş kanal dəyişdirə və ya tənzimləyə bilər. Bizdə əksinədir. Bu gün hansısa klubdan xahiş etdikdə əksi ilə rastlaşırsan. Azarkeşlərə bu xoş xəbəri çatdırmağı özümə borc bilirəm ki, artıq "Bakı" ilə ortaq məxrəcə gəlmişik və sentyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Bakı" - "Qarabağ" görüşünü canlı yayımlayacağıq. Həmin oyun saat 17:15-də başlanacaq".

Paylaş

// pop up