Derbi qalmaqalla yadda qaldı
13 Apr 2009
Derbi qalmaqalla yadda qaldı
Türkiyə superliqasının növbəti turunda baş tutan derbidə qalmaqal yaşanıb. Cari mövsümdə elə də uğurlu çıxış etməyən `Qalatasaray` və `Fənərbaxça` arasında görüş futboldan daha çox davayla yadda qalıb. Xüsusilə, milli komandanın futbolçuları Semih-Arda, Emre-Sabri arasında baş verən dava böyük səs-küyə səbəb olub. Amma bütün olayların başlamasına səbəb Luqanonun Emre Aşığı təxribata çəkməsi olub. Son nəticədə, `Qalatasaraydan Emre Aşık və Arda, `Fənərbaxça`dan isə Semih və Luqano qırmızı vərəqə alıb.