Derbi tarix və rəqəmlərin `dili` iə
Derbi tarix və rəqəmlərin `dili` iə
Bazar günü Azərbaycan derbisi baş tutacaq. Premyerliqanın final mərhələsinin 4-cü turunda `Qarabağ`ımız `Neftçi`ni qəbul edəcək. Görüş eyni zamanda ilk 2 pillədə qərarlaşanların dueli kimi də yadda qalacaq. Bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 59-cu, çempionatlarda isə 47-ci dəfə qarşılaşaqlar. `Qarabağ` Futbol Klubunun mətbuat xidməti ənənəvi olaraq derbi öncəsi qarışdurmayla bağlı bütün maraqlı faktları diqqətinizə çatdırır.
`Neftçi` - `Qarabağ` duelləri ilə bağlı maraqlı faktlar
*** İndiyə kimi tərəflər arasında 58 oyun keçirilib
*** 58 oyunun 46-sı çempionatda, 12-si isə kubokda baş tutub
*** Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
*** Tərəflər arasında ilk görüş 1992-ci ilin Sentyabrın 26-sında baş tutub. Mərkəzi arenada baş tutan görüşdə komandamızdan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi düşsə də Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla matç 1:1 başa çatıb.
*** Oktyabrın 20-sində isə `İmaret` stadionunda ilk görüş baş tutdu. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də Elşad Əhmədov və Mahir Əliyevin qolları ilk qələbəmizi reallaşdırıb.
*** Bu tərəflərin çempionatda `İmarət` stadionunda baş tutduğu yeganə oyun oldu (hələlik)
*** `Qarabağ`ımız `İmarət` də baş tutan 2-ci və sonuncu oyunda da `ağ-qara`lara qalib gəlib. 1993-cü il mövsümünün kubokunun ¼ finalında komandamız yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu oldu. (`Qarabağ`ımız cavab oyununda qolsuz bərabərliklə mərhələ adladı və sonda `qızıl dubl` reallaşdırdı)
*** Ümumiyyətlə, `Neftçi` müstəqilliyimizin ilk illərində `Qarabağ`ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə `Qarabağ`ımız `Neftçi`yə qələbə sevinci yaşamağa imkan verməyib.
*** `Neftçi` ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib.
*** Çempionatda `Neftçi` 14, `Qarabağ` 12 qələbə qazanıb.2000-2001 mövsümündə `Neftçi`yə 3:0-lıq texniki qələbə verilib
*** Kubokda 5 dəfə qələbə qazansaq da, rəqib 3 dəfə qələbəyə sevinib.
*** 58 oyunda `Neftçi` 55, `Qarabağ` isə 45 qol vurub
*** `Qarabağ`ımız səfərdə `ağ-qara`lılara 2006-cı ilin fevralın 16-sında məğlub olduqdan sonra 2010-nun noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib.
*** `Qarabağ` - `Neftçi` duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
*** `Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş Qurban Qurbanovdur (5)
*** `Qarabağ` baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
*** Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
*** Səttar Əliyev `Neftçi`yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb (`Qarabağ`)
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (`Qarabağ` - Mehman Alışanov, Emin Salmanov. `Neftçi` - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, Mayın 13-ündə Adamiya fərqlənməklə `Qarabağ`ı bir addım önə çıxardı.
*** Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudur. 30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla `Qarabağ`ın `Neftçi` üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb.
*** Elə `Neftçi` də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-ündə Respublika stadionunda `ağ-qara`ların 4:0-lıq qələbəsi qeydə alınıb.
*** Elə həmin çempionatda `Qarabağ`ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə `Neftçi`yə texniki qələbə verilib.
*** `Neftçi`yə ötən mövsümkü məğlubiyyətə qədər `ağ-qara`lılar `Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda `Qarabağ`ın şərəfini qoruyan Adamiya imza atıb.
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** `Qarabağ` - `Neftçi` arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib.Həmin oyundan 11 il keçir
*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov `Neftçi`nin baş məşqçisi olub, Elçin Rəhmanov isə `hazırda Qarabağ`ın məşqçisidir
*** Hazırda 8 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar. 27 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
*** Derbini ən çox Xəqani Məmmədov (11), Rövşən Əhmədov (8) Vüsal Əliyev (7) idarə ediblər.
Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinindir. İstifadə zamanı istinad zəruridir..
