DERBİÖNCƏSİ MÖHTƏŞƏM DƏSTƏK
DERBİÖNCƏSİ MÖHTƏŞƏM DƏSTƏK
Sabah baş tutacaq “Qarabağ” – “Neftçi” oyunun əhəmiyyətindən danışmaq yersizdir. Ölkənin tarixi derbisi öncəsi komandamızın düşərgəsində hər kəs qələbəyə köklənib. Komandamızın rəhbərliyi bu tarixi matçöncəsi futbolçulara müdhiş dəstək verib. Paytaxtmızda yerləşən restoranalrın birində məşqçi heyəti, futbolçular daxil olmaqla “dəstək yeməyi” təşkil olunub. Yemək zamanı klubumuzun direktoru Emrah Çelikel çıxış edərək sabahkı matçın önəmindən danışıb. Hər nə qədər prinsipial olsa da, bu oyunun premyerliqanın adi bir oyunu olduğunu eyni zamanda, komandanın qələbə qazanacağına inandığını bildirib. Həmin gün qızın doğum günü olan Zaur Ramazanovu da Emrah bəy komandanın adından təbrik edib və ondan qol gözlədiyini bildirməyi də unutmadı.
Həmin gün tək yeməklə yekunlaşmadı. Ardınca, bütün heyət boulinq salonuna yollandı. Futbolçuların psixoloji cəhətdən rahatlanaması, bütünləşməsi naminə hər kəsin qatıldığı turnir keçirildi. Gözlənildiyi kimi, yetərincə gərgin mübarizə alındı. Hətta o qədər gərgin ki, final matçı baş tutmadı. Vaxtın çox uzandığından finala vəsiqə qazanan Sahil Kərimov, Ayxan Abbasov, Vaqif Cavadov, Mehmet Ak, Azər Məmmədov və Şəhriyar Xəlilov həlledici görüşün “Neftçi” üzərində qazanılacaq matçdan sonra keçirilməsi qərarının alınamsına səbəb oldu.
Bu möhtəşəm günün ardından komandamız məskunlaşdığı bazada növbəti 3 xal üçün “kamp”a girdilər.