DEVİD BEKHEM: "KLUBDAKI CARİ ATMOSFERDƏN HƏZZ ALIRAM. . ."

single-news
2 Fev 2006

DEVİD BEKHEM: "KLUBDAKI CARİ ATMOSFERDƏN HƏZZ ALIRAM. . ."



Oyundan oyuna "Real" Madridin ingilis futbolçusu Devid Bekhem komandasına, onun oyun sxeminə nə qədər uyğun, lazımlı olduğunu sübut edir.Onun yaradıcılıq qabiliyyəti, cərimə meydançasına edilən ötürmələrinin əksəriyyətinin rəqib üçün təhlükəli olması Bekhemin dəyərini daha da artırır. Komandasının rəsmi veb-səhifəsinə müsahibəsində futbolçu Lopes Karonun gəlişindən sonra komandanın əvvəlki formasını yığdığına əmin edir.O eyni zamanda komandadakı hazırkı atmosferin yüksək səviyyədə olduğunu və onun bundan hədsiz həzz aldığını söyləyir... -Real Madrid ikinci dövrəyə gözəl başlanğıc etməsini nə ilə əlaqələndirərdiniz? - Biz həqiqətən çox işləyirik. Karonun gəlişindən keçən son iki ayda həm texniki,həm taktiki olaraq böyük işlər görmüşük ki, bu da sonda formamızın bərpası üçün əsas olub. Bütün bunların nəticəsi komandamızın meydanda oyununa sirayət etməsini təbii qarşılamaq lazımdır. -Son "Selta" matçı ilk dövrədə oynanması təqdirində uduzmaq da olardı" fikrinə münasibətin? - Bu matçı mən ən gözəl oyunlarımızdan biri kimi dəyərləndirməzdim, amma bizim onlardan çox bu qələbəyə layıq olduğumuzu düşünürəm. - Komandanın bir araya gəlməsində zaman düzgünmü seçilmişdi? - Liqanın qalibi olmaq bizim gücümüzü sübut etmişdi, lakin bundan sonra "sağ" qalmaq, bu uğuru davam etdirmək lazım idi. İndi iki cəbhədə də lazımi uğura nail olmamız zamanın düzgün seçimindən xəbər verir. - Lopes Karonun komandaya gəlişi uğura nə dərəcədə təsir etdi? - Uğurumuzun 100% onun əməyi olmasını demək olmaz. Lakin məni yenidən "Mançester Yunayted"də oynadığım mövqedə yer verməsi məni sevindirdi. O mövqede mən daha sərbəstəm və son oyunlar da bunu sübut etdi.... - Yeni ulduzların "Real" gəlişi sənin klubda qalmağına nə dərəcədə təsir etdi? - Böyük klubların ulduz futbolçular heyətə cəlb etməsini təbii qarşılamaq lazımdır.Çiçinyo və Kassano gözəl futbolçulardır.Hər keçən oyunda da onlar öz sözlərini deyirlər. -Hesab etmək olarmi ki, "Real"ın hazırkı heyəti sənin klubda olduğun dövrdən bəri ən yaxşılardandır? - Bəli. Ola bilər ki, mənim ilk altı ayımda - Kral kubokunda məğlub olanadək biz daha gözəl futbol sərgiləyirdik. Amma indi o futbola qayıtdığımızı düşünürəm. TƏRCÜMƏ "QARABAĞ" FK MƏTBUAT XİDMƏTİ TƏRƏFİNDƏN EDİLMİŞDİR. MƏNBƏ:"REAL" MADRİD FK-NUN RƏSMİ VEB SƏHİFƏSİ

Paylaş