Devran Ayhan "Qarabağ"da! (fanat.az)
Devran Ayhan "Qarabağ"da! (fanat.az)
Ağdam klubu "Xəzər Lənkəran"ın futbolçusunu transfer etdi
Fanat: "Qarabağ" transfer aəncərəsinin bağlanmasına bir gün qalmış heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi türkiyəli Devran Ayhanla müqavilə imzalayıb.
Qeyd edək ki, Devran Ayhan Türkiyə çempionatında indiyədək 382 oyuna çıxıb və 30 qola imza atıb. O, 2009-cu ildən "Xəzər Lənkəran"da forma geyinən türk futbolçu universallığı ilə seçilir. Orta sahədə əzmkarlıq və döyüşkənliyi ilə seçilən 31 yaşlı yarımmüdafiəçi futbolsevərlərə xüsusilə 2007-2008-ci ildə "Sivasspor"un heyətində Türkiyə Super Liqasında çempionluğa oynaması ilə yadda qalıb. Son 2 ildə Azərbaycanda çıxış edən Devran oyunu ilə azarkeşlərin rəğbətini qazanmışdı.
Qeyd edək ki, Devran Ayhan 25 mart 1978-ci ildə Batman şəhərində dünyaya gəlib. Karyerasına 1995-ci ildə "Gebzespor"da başlayan futbolçu (1995-1997, 17 oyun), daha sonra ardıcıllıqla "Petrolspor" (1997-1998, 32 oyun, 5 qol), "Çaykur Rizespor" (1998-2002, 105 oyun, 8 qol), "Qaziantepspor" (2002-2005, 7 oyun, 3 qol), "Kayseri Erciyesspor" (2005-2006, 33 oyun, 1 qol), "Ankaraspor" (2006, 14 oyun, 2 qol), "Ankaragücü" (2007, 15 oyun, 1 qol) və "Sivasspor" (2007-2008, 30 oyun) klublarının formasını geyinib. 2008-ci ildə ölkəmizə gələn türk futbolçu "Xəzər Lənkəran"ın formasını 45 oyunda geyinib və 1 qol vurub.