Devran Ayhan:`Öz zamanımı gözləyirəm`

single-news
9 Okt 2010

Devran Ayhan:`Öz zamanımı gözləyirəm`



`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməyən komandamız əvəzedici heyətdən dəvət etdiyi futbolçuların da xidmətindən yararlanır.  Suraxanı qəsəbə stadionunda çalışan komandamızda zədəlilərin durumu düzəlməkdədir. Ayxan Abbasov artıq çalışmalara başlayıb. Avqustun sonunda komandamıza qoşulan Devran Ayhan isə hələ də rəsmi oyunlarda komandamızın heyətində debüt edə bilməyib. Mövsümöncəsi hazırlıq keçməyən yarımmüdafiəçi sonradan zədələnmişdi. Türkiyəli futbolçu saytımıza verdiyi açıqlamada artıq hazır olduğunu bildirib:` Məlum olduğu kimi, mövsümöncəsi hazırlıqlara qatıla bilməmişdim. Təbii ki, bu da hazırlığıma təsir etmişdi.  Sonradan formaya düşənə yaxın daha bir şanssızlıq yaşadım və zədələndim. Allaha şükür olsun ki, artıq sağalmışam. Komandayla məşq edirəm. Öz zamanımı gözləyirəm. Qurban hoca hər zaman mənim durumumla maraqlanır, özümü hazır sayıb saymadığımı soruşur. İnşallah, özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. `Qarabağ`ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm.  `Qarabağ`ın uğurlarında pay sahibi olmaq istəyirəm.`

Paylaş

// pop up