Devran Ayxan `Qarabağ`da!!!

single-news
30 Avq 2010

Devran Ayxan `Qarabağ`da!!!



`Qarabağ`ımızdan daha bir transfer!!! Azərbaycana gəlmiş ən səviyyəli legionerlərdən sayılan, Türk futbolunda özünəməxsus izi olan Devran Ayxan `Qarabağ`da!!! Türkiyə liqasında indiyə kimi 382 oyuna çıxan və 30 qol vuran Devran öz universallığı ilə seçilir. Orta sahədə əzmkarlıq və döyüşkənliyi ilə seçilən 31 yaşlı yarımmüdafiəçi futbolsevərlərə xüsusilə 2007-2008-ci ildə `Sivasspor`un heyətində Türkiyə superliqasında çempionluğa oynaması ilə yadda qalıb. Son 2 ildə Azərbaycanda çıxış edən Devran oyunu ilə azarkeşlərin rəğbətini qazanmışdı. Cari mövsümdə  `Qarabağ`ımızın uğurları üçün tər tökəcək Devran `Qarabağ`ımızla müqavilə bağladıqdan sonra ilk açıqlamasını rəsmi saytımıza verib:``Qarabağ` kimi camiəyə gəldiyimə görə çox şadam. Azərbaycanda oynadığım son 2 ildə `Qarabağ`ın nə qədər çox sevildiyinin şahidi oldum. Özəlliklə, son 2 ildə `Qarabağ` avrokuboklarda əldə etdiyi nəticələrlə hər kəsin rəğbətini qazanıb. Bir türk olaraq  yerlilərin-azəri türklərinin çox olduğu komandada oynamaq qürurvericidir. İnşallah, bu mövsüm `Qarabağ`la sonda çempionluğu bayram edərik. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.`

Paylaş

// pop up