“Dinamo” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
31 İyl 2026
“Dinamo” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” matçının hakimləri açıqlanıb. Qarşılaşmanı Danimarkadan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi Morten Kroq olacaq. Ona Steffen Bramsen və Viktor Skayt kömək edəcəklər. Yakob Karlsen dördüncü hakim, Yakob Kehlet VAR, Yens Maae AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 6-da Polşanın Lublin şəhərindəki “Lublin Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
