Diqqət! İstedad sorağında:` O formanı əynimə geysəm...

single-news
13 Noy 2009

Diqqət! İstedad sorağında:` O formanı əynimə geysəm...



`Qarabağ` Futbol Klubu Azərbaycan futbolunun gələcəyi naminə yürütdüyü siyasət öz bəhrəsini görməkdədir. Bu gün gənclərdən ibarət komandamız liderlər qrupunda qərarlaşıb. Əvəzedicilərimiz də hal-hazırda eyni məqamdadır. Sadəcə bir görüşdə xal itirən Elşad Xudadatovun komandasında xeyli istedadlı futbolçu gələcəyə ümid verir. Çempionatın son turunda `İnter`lə baş tutan oyunda xüsusilə bir futbolçu vardı ki, oyunuyla rəqibi çətin vəziyyətə salırdı. Driblinq və texnikasıyla `İnter`i azlıqda qalmağa məcbur edən, həlledici qolun ötürməsini verən bu futbolçu Şəhriyar Xəlilov idi. 18 yaşlı futbolçu `Qarabağ`ın əsas heyətində 2008-ci ilin fevralında debüt etmişdi. Sonradan yaranmış zədələr Xəlilovu müəyyən müddətdə karyerasında durğunluq yaratmışdı. 4 ay bundan öncə dizindən əməliyyat keçirən yarımmüdafiəçi artıq əla forma yığıb. Əvəzedicilərin heyətində yenidən parlayan futbolçu yenidən iddialı duruma gəlib. Şəhriyarı dinləyək:` Əlbəttə, hər bir gənc futbolçu əsas komandada oynamaq istər. Uzun müddət zədələr mənə oynamağa imkan vermirdi. Şükür Allaha ki, artıq bu problemi arxada qoymuşam. 3 ildi `Qarabağ`dayam. Bu komandada gənclərə verilən şans heç harda verilmir. Mənim bəxtim onda da gətirb ki, uzun müddət Aslan Kərimovla bir otaqda qalmışam. Aslan əsl peşəkar və öyrənilməsi çox şey olan əsl böyük qardaşdır. Ondan şey öyrənmişəm. Zədələrə görə çox əziyyət çəksəm də, sona qədər dözdüm. İndi artıq hər şey geridə qalıb. Təbii ki, yenidən `Qarabağ`ın əsas heyətində oynamaq istərdim. O formanı əynimə geysəm çətin ki bir daha çıxarım. Amma bilirəm ki, 2-ci komandada nə qədər yaxşı oynasam əsas   komandaya daha tez çağrıla bilərəm. Eyni zamanda U-19-un üzvüyəm. Gələcək hədəflərimdə əsas millinin də formasının geyinmək var. Amma bunun üçün çox çalışmalıyam.`

Paylaş

// pop up