Direktor ümidlidir:``Bakı`nı Ağdamda qəbul edəcəyik`

single-news
7 Apr 2009

Direktor ümidlidir:``Bakı`nı Ağdamda qəbul edəcəyik`



Cari mövsüm Avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan `Qarabağ` Futbol klubu eyni zamanda, çoxdan gercəkləşdirmək istədiyi arzusunu reallaşdırmaq niyyətindədi. Məlum olduğu kimi, komandamızın məxsus olduğu Ağdam rayonunun işğal olunmamış ərazisində yeni stadion tikilmişdir. Klubumuzun daim siyasətində Ağdamda matç keçirməklə cəbhə bölgəsində yaşayan insanlara sevimli komandalarının həyəcanını yaşatmaq olub. Klubumuzun direktoru Emrah Çelikel ölkə mətbuatına verdiyi açıqlamada ilk hədəf olaraq həlledici matçların Ağdamda oynanmasının klub başçısı Tahir Gözelin ən ümdə arzusu olduğunu bildirmişdi.
Direktorumuz artıq Ağdamdan geri dönüb. Emrah bəy baş məşqçimiz Qurban Qurbanovla birlikdə stadionun durumunu öyrənmək üçün Quzanlıya yollanmışdı. Emrah bəy saytımıza səfərini dəyərləndirib:` Məlum olduğu kimi uzun müddətdir Ağdamda, cəbhə bölgəsində yaşayan insanları sevindirmək üçün prinsipial oyunlarımızı Quzanlıda keçirməyi planlaşdırırdı. Ağdam rayonun icra hakimiyyətinin başçısı Həsən Sarıyevin `Qarabağ`a necə bağlı olduğunu bilirsiniz. Yaz mövsümünün gəlməsiylə bağlı artıq stadionun ot örtüyünün futbol üçün yararlı vəziyyətə gəlir. Həsən müəllimin Ağdamda oyunların keçirilməsi üçün inanılmaz əmək sərf edir. Bizimlə söhbətdə bildirdi ki, matçların Ağdamda oynanması üçün hər şeyi edəcək. Burdan Həsən müəllimə təşəkkür edirik ki, bu qədər səylə yerli camaatı sevindirmək üçün çalışır. Təbii ki, çalışacağıq ki, bu yolda qüvvələri səfərbər edək. Əlbəttə, ilk növbədə AFFA və PFL nümayəndələri Quzanlıdakı stadionu təftiş edəcək.  Onların da razılığı olsa, inşallah, `Bakı`yla yarımfinal mərhələsinin cavab görüşünü orda oynayacağıq.`

Paylaş

// pop up