Direktorumuz təəccübləndi:`Bir gecədə fikir necə dəyişdi?

single-news
16 Apr 2009

Direktorumuz təəccübləndi:`Bir gecədə fikir necə dəyişdi?



Məlum olduğu kimi, Ağdam rayon icra hakimiyyətinin AFFA, PFL və `Qarabağ` Futbol klubuna müraciət edərək bir neçə oyunu Ağdamda keçirmək barədə niyyətini bildirmişdi. Mətbuata verdiyi açıqlamada `Bakı` Futbol klubunun rəhbərliyi bir azərbaycanlı olaraq Ağdamda oynamağa hazır olduğunu bildirmişdi. Lakin, İnter` Futbol klubunun preziednti bolqar Georgi Nikolov öncə Ağdamda oynamağa hazır olduğunu bildirsə də, bu gün fərqli açıqlmalarla yadda qalıb. Klubumuzun direktoru verdiyi açıqlamada baş verənlərə təəccübləndiyini bildirib:`Açığı, `İnter`in prezidentinin 1 gecədə fikrini dəyişməsi çox təəccüblüdür. Kişinin sözünün bir olduğunu görmüşük. `İnter` oynamaq istəmirsə biz onların beyninə hökm edə bilmərik. Bu bizim deyil, 1 milyon qaçqının istəyidir. `Qarabağ`ın Ağdamda oynaması cəbhə bölgəsində yaşayan insanların sevincidir.Əvvəllər, orda stadion yox idisə, artıq belə bir problem yoxdur. Gercəkdən, onun verdiyi açıqlamanın mahiyyətini anlaya bilmədim. Axı, o necə mərc gələ bilər ki, `Xəzər-Lənkəran` da Ağdama getməyəcək. Cənub klubunun özünün rəhbərliyi var, açıqlama vermək iqtidarı da. Nikolovun mərc gəlmək istəyi adamı düşündürməyə vadar edir`

 

Paylaş

// pop up