Direktorumuz təşəkkür etdi

single-news
22 Apr 2009

Direktorumuz təşəkkür etdi



Məlum olduğu kimi, Peşəkar Futbol Liqası `Qarabağ`ımızın son ev oyunlarını Ağdamda keçirməsinə razılıq verib. Ölkə futbol camiəsində hamılıqla xoş xəbər kimi qarşılanan bu hadisəyə klubumuzun direktoru Emrah Çelikel də öz fikirlərini bildirdi:` Peşəkar Futbol Liqasının bu qərarı əksəriyyətin razılığına səbəb olub. Təbii ki, Azərbaycanı sevən, bu ölkəyə səmimi bağlılığı olan hər bir şəxs bu məsələyə sevinir. Xüsusilə, `Bakı` Futbol Klubuna təşəkkür etmək istəyirəm. Zeynal müəllimin Ağdamda oynamaq hər birimizin borcudur açıqlamasını təqdir edirəm. Zeynal müəllim kimi təfəkkürlü insanlar futbolda qazanılan nailliyyətlərdən öncə bəşəri, milli və əxlaqi dəyərlərin daha vacib olduğunu göstərir. Ağdamda oynamaq Qarabağın var olduğunu göstərməkdir. Zeynal bəy verdiyi açıqlamarla bunu gözəl sübut etdi. Eyniylə, sabiq baş məşqçimiz İqor Ponomaryovun açıqlaması və `Qarabağ`ın bu ideyasını dəstəkləməsini alqışlayıram. Hər iki klub təmsilçisinin açıqlamasında Azərbaycan futbolunun xeyrini düşündüyünü bildirməsi futbolumuz üçün yanan ürəklərin var olduğunu göstərir. Təbii ki, ürəyində bu ölkənin mənafeyini düşünən hər bir şəxs Qarabağın Azərbaycan üçün anlamını bilir.  Ağdamın Tovuzla başqa-başqa bölgələr olması da hər kəsə aydın olmalıdır. Ağdama gələcək hər bir rəqib komanda Qusar, İmişli, Qəbələdən fərqli olaraq Ağdamda futbol oynamağın ilk növbəti dəfə vətəndaşlıq borcu olduğunu bilir.

 

Paylaş

// pop up