"DİŞSİZ"LİK MƏĞLUBİYYƏT GƏTİRDİ . . .

single-news
26 Noy 2006

"DİŞSİZ"LİK MƏĞLUBİYYƏT GƏTİRDİ . . .



"QARABAĞ" 0 - 1 "İNTER" Oyun başlandı və tərəflər meydanın mərkəzində top uğrunda mübarizə aparmaqla qapılarının toxunulmazlığının qeydinə qalmağa başladılar. Oyunun 8-ci dəqiqəsində Hakan Demir iki oyunçunu bir fəndlə keçidi təhlükəli alındı. 17-ci dəqiqədə Elmirin asmasını Samir qapıya göndərsə də qapıçı sayıq oynadı. Əvəzində "Qarabağ" qapısı qarşısında ilk təhlükəli vəziyyət qolla nəticələndi. Standart vəziyyətdən İsmayıl Məmmədovun asmasını Toni Aleqbe qapıya göndərdi: 0-1. 25-ci dəqiqədə Romala qarşı kobudluqdan sonra Elmirin cərimə zərbəsini qapıçı tuta bildi. 31-ci dəqiqədə Samir - Müşviq - Elmir üçgedişli kombinasiyasını da sonuncu tamamlaya bilmədi... İkinci hissə başlayan kimi, "Qarabağ" ilk təhlükəli vəziyyəti Müşviq Hüseynovla yaratdı. Lakin qapı qarşısına göndərilən top heç kimə dəymədən yandan çıxdı. Bu anda sadəcə topa toxunmaq kifayət idi. 56-cı dəqiqədə Müşviq Hüseynovun təkbətək çıxışını hakim dayandırdı. 79-cu dəquqədə Romalın asmasını Hakan başla tamamlasa da Fərhad Vəliyev sayıq oynadı. "Qarabağ" bir də yalnız son dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Lakin təcrübəli Elmir Xankişiyev qapı qarşısında topu ayaq əvəzinə əllə tutdu ki, bu da məğlubiyyət demək idi...

Paylaş

// pop up