DOĞMA MEYDANDA BÖYÜKHESABLI MƏĞLUBİYYƏT
18 Sen 2008
DOĞMA MEYDANDA BÖYÜKHESABLI MƏĞLUBİYYƏT
Dünən ölkə kuboku uğrunda yarışa 1/16 final mərhələsi çərçivəsində keçirilən iki oyunla start verildi. Sensasiya Bərdədə qeydə alındı. Cütün favoriti sayılmasına baxmayaraq, ABN-nin öz meydanında, doğma tamaşaçıları qarşısında biabırçı hesabla yenilməsi gözlənilməz oldu. “Spartak” səfərdə rəqibin qapısında 3 cavabsız top keçirərək cavab görüşünün heç bir əhəmiyyət daşımamasına səbəb oldu. ABN-nin qapısından vurulan hər 3 qolun müəllifi Rəhman Musayev oldu.
“ANŞAD-Petrol” – “Qfqaz Universiteti” görüşü isə 1:0 hesabı ilə başa çatdı. Oyunda vurulan yeganə qolun müəllifi isə Nurəli Abdullayev oldu.