Dörd futbolçumuz Azərbaycan millisində: Qol, assist, qələbə

single-news
22 Mar 2024

Dörd futbolçumuz Azərbaycan millisində: Qol, assist, qələbə



Azərbaycan millisi növbəti oyununu keçirib. “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustanla qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib.

 

“Qarabağ”ın dörd futbolçusu bu matçda iştirak edib. Uzatma dəqiqələrindəki qələbə qoluna Bəhlul Mustafazadə imza atıb. O, Toral Bayramovun cərimə zərbəsindən ötürməsini başla qapıdan keçirib. Bu, Bəhlulun millidə ilk qoludur.

 

“Qarabağ”ın müdafiəçiləri Bədavi Hüseynov və Bəhlul Mustafazadə bu qarşılaşmada 90 dəqiqə meydanda olublar. Start heyətdə meydana çıxan Elvin Cəfərquliyev 59-cu dəqiqədə əvəzlənib. Toral Bayramov isə ikinci hissədə oyuna daxil olub.

 

Qeyd edək ki, Bədavi 68, Bəhlul 28, Toral 20, Elvin 18-ci dəfə milli forma geyinib. Onların hərəsinin hesabında bir qol var.

 

Paylaş