Dörd futbolçumuz U-18-də

24 Okt 2024
Dörd futbolçumuz U-18-də
“Qarabağ”ın dörd futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Əliəkbər Rzazadə, Cavid Məlikov, Məsud Əlişanlı və Rəşad Alışov 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət alıblar.
Hazırlıq prosesi oktyabrın 24-26-da Bakıda təşkil olunacaq. Daha sonra oktyabrın 27-dən noyabrın 1-dək Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq U-18 oktyabrın 29-da və 31-də yerli komanda ilə iki yoldaşlıq oyunu keçirəcək.