Dörd futbolçumuz U-19-da

27 May 2024
Dörd futbolçumuz U-19-da
“Qarabağ”ın 4 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Nihad Əliyev, Emil Bünyadzadə, Əşrəf Ələkbərli və Elton Mikayılov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gün başlayan toplanışında iştirak edəcəklər.
Millimiz mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. U-19 iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq.