DÖRD “QARABAĞ”LININ YER ALDIĞI MİLLİMİZ MOLDOVANI YENƏ BİLMƏDİ

single-news
10 Fev 2005

DÖRD “QARABAĞ”LININ YER ALDIĞI MİLLİMİZ MOLDOVANI YENƏ BİLMƏDİ



Azərbaycan: 1.C. Həsənzadə (12.R.Məcidov, 46), 14. R. Sadıqov (k) 2.R. Əmirbəyov (13.S. Abbasov, 46), 3.A. Hacıyev, 4.M. Şükürov, 5.E.Quliyev, 6.K. Quliyev (15.İ. Əbdürrəhmanov, 46), 7.Z. Ramazanov, 8.A. Kərimov (18.N. Nəbiyev, 75), 10.A. Ponomaryov (17.R. Abdullayev, 84), 11.İ. Qurbanov (9.D. Axtyamov, 60). Moldova: 1.D. Romanenko, 2.Y. Bursuk, 3.V. Qolovatenko, 4.G. Oleksiç, 5.V. Katinsus (k), 6.A. Savinov, 7.S. Kovalçuk, 8.S. İvanov, 9.S. Dadu (16.V. Frunza, 68), 10.S. Yeperyanu, 11.Y.Miterev. Sarı vərəqələr: A.Kərimov 21, S.Dadu 55, E.Quliyev 73, Z.Ramazanov 87, V.Frunza 88, İ.Əbdürrəhmanov 89. Hakim: L. Pavliaşvili (Gürcüstan) 9 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı. Azərbaycan və Moldovanın əsas futbol komandaları dünən beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qarşılaşdılar. Baş məşqçisi Karlos Alberto Torresin matçqabağı açıqlamasını xatırlatmaq yerinə düşərdi: "İnanın mənə, qol vura bilməməyimizdən artıq yorulmuşam, başım ağrıyır. Elə az saylı güclü komandalar var ki, onlar bir neçə oyunda qol vura bilmirlər. Ayın 9-da bütün imkanlarımızdan yararlanaraq rəqib qapısına yol tapmağa çalışacağıq". Buna baxmayaraq Azərbaycan-Moldova matçı qolsuz bərabərliklə bitdi. Bu hesab milli komandamızın Bakıda keçirdiyi son 4 oyunun 3-cüsündə qeydə alınırdı.

Paylaş