Dördüncü gündə iki məşq

10 Yan 2019
Dördüncü gündə iki məşq
"Qarabağ"ımız ANtalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlığın dördüncü gününü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla saat 11:00-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçularımız fitness zalında çalışıb.
Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da başlayıb və meydançada baş tutub. Komandamız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.