Dördüncü gündə tək məşq

15 Yan 2020
Dördüncü gündə tək məşq
"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız qonşu ölkədə dördüncü günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 17:30-da start götürən məşq təxminən saat yarım davam edib. Futbolçularımız isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Hazırlıq toplu çalışmalarla başa çatıb.