Dortmundda 2 gün: Klopp Qurbanovun Azərbaycan futboluna verdiyi faydalardan danışdı

single-news
7 Sen 2011

Dortmundda 2 gün: Klopp Qurbanovun Azərbaycan futboluna verdiyi faydalardan danışdı



Məlum olduğu kimi klubumuzun baş məşqçisi Qurban Qurbanov və əməkdaşımız Anar Məmmədli Dortmund `Borussiya`sının düşərgəsinə yollanıb. Səfərin ilk 2 günündən hazırlanmış təəssüratları diqqətinə çatdırırıq.
05.09.2011
`Pullmann` otelində yerləşən klubumuzun baş məşqçisinin ilk görüşu `Borrusiya` Dortmund rəhbərliyi ilə səhər 11-də baş tutdu. Klub rəhbərliyinin əsas komandanın və akadamiyanın planları ilə tanış olduqdan sonra birbaşa akademiya ilə yerində taniş olmaq üçün qurumun və əsas komandanın yerləşdiyi idman kompleksinə yollandı.
Əsas komanda istirahətdə olduğu üçün ilk gündə Akademiyanın gənc komandaları (U-17 və U-11) ilə tanışlıq baş tutdu. Komandamızın baş məşqçisi aşağı yaş qruppalarının infrastruktur, işləmə prinsipləri və istedadlı futbolçular  və onların məşqçiləri ilə yaxından taniş oldu. Akademiyanın özünə aid 8 meydançasında hər gün dayanmadan məşqlər keçirilir.  Akademiya əsas komandanın bazasına cox yaxın yerləşir və onlar arasında mütamadi olaraq ünsiyyət yaradılır.

Bu tanışıqdan akademiyanın direktoru Peter Vazinski və seleksioner-məşqçi Edin Terciz bizə köməklik etdi.

06.06.2011
Səhər saat 10-da əsas komandanın bazasinin yaxınlaşanda artıq hərkəs Azərbaycanlı qonaqların gələcəyini bilirdi. Qurban Qurbanovu goren kimi Azerbaycandan gelen qonaqları tanıdılar. Görünən oduki, bi il bundan əvvəl baş tutan play-off macları yaddan hələ çıxmamışdı.  Həftənin ilk məşqi olduğundan futbolcular bazada olan idman zalında xüsusi məşqçilərin nəzarəti altında çalışırdılar.
Bazaya ilk addımızı atdıqda `Borussiya`nın baş məşqçisi Jurgen Kloop şəxsən özü Qurban Qurbanovu köhnə dostu kimi qarşıladı ve baza ile tanışlığa başladı.  May ayından istifadəyə verilmiş baza 6 ulduzlu oteli xatırladırdı. Futbolcuların məşqi və istirahəti ən kicik xırdalığına qədər düşünülmüşdü. Əsas komandanın istifadə etdiyi 3 beynəlxalq standartara cavab verən meydancası ən xoş sözlərə layiq idi. Komanda oyundan öncə son məşqini də bu meydançada kecirirdi.
`Qarabağ` və Azərbaycan haqqında xoş təəssuratlarını bildiren cənab Klopp daha sonra Bakıdakı oyun haqqında danışdı.
Xüsusilə, qeyd etdi ki,  `Qarabağ`la kecirilən oyunların komandasının Bundesliqa cempionu olmasında çox böyük köməyi olmuşdur. Mövsümün əvvəlində uğurlu başlanğıçın sonradan çempionata əla motivasiya veridiyini vurğuladı. Qurban Qurbanovun `Qarabağ` ve Azərbaycan futbolunda cox böyük işlər gördüyünü və bunun nəticəsinin artıq milli komandada ve Avropa liqasındakı nəticələrdə gözə çarpdığını bildirdi. Klubumuzun Avropa ve milli komandanın oyunlarını imkan tapdıqca seyr etdiyini bildirdi. `Burgge` ve Belcika millisiylə oyunların inkişaf etidyini ve yığma üçün Qurban Qurbanovun işinin  nəticələrinin göründüyünü ve `qarabağ`lı oyuncularin milliyə böyük fayda verdiyini ifadə etdi.
Klopp eyni zamanda futbolun inkişafı üçün İnfrastrurktur ve uşaq futbolunun tərəqqisinə daha cox sərmayə qoyulmasınını vacibliyini vurğuladı . Ulduz futbolcular olmadan, gənc ve perspektivli oyuncularla Bundesliqa cempionu olmağın mümkün olduğunu sübut edən Klopp bunu dünyanın hər yerində tətbiq etməyin mümkünlüyünü bildirdi. Sadəcə klublar  düzgün istiqamet seçməli və inamla bu yolda hərəkət etməldirlər.
Bundan əlavə  Klopp Qurban Qurbanovla yenidən qarşılaşmasından məmnun olduğunu bildirdi  və onun iş prinsiplərini yüksək qiymətləndirdi. Belə görüşlərin çox əhəmiyyətli olduğunu bildirdikden sonra çalışdırıcıların təkbtək 1.5 saat görüşü baş tutdu. Texniki ve taktiki məsələlərin müzakirə olunduğu görüş iki klub arasında yeni bir dostluq münasibətlərinin yaranması ilə başa çatdı.

Bundan sonra günün ikinci yarısı meydançada futbolcularla tanışlıq keçirildi və milli komandalarda 12 futbolcusu olan `Borrusiya` Dortmund əsas oyuncularla azlıqda 1,5 saat məşq kecdi. Yağışlı hava altında 90 dəqiqə keçən məşq  daha cox fiziki hazırlıq ve 2 tərəfli oyunla yadda qaldı.

`Borussiya` 6-clı gün `Herta`yla keçiriləcək oyuna hazırlaşır. Sabah 15:30-da qapalı keçiriləcək məşq sadəcə Qurban Qurbanov üçün açıq olacaq.

Klubumuzun baş məsqçisi üçün Dortmund klubu tərəfindən hər bir şərait yaradılıb.

Paylaş

// pop up