Dövran Ayhan:`Qarabağ` hələ öz sözünü deyəcək`

single-news
3 Noy 2010

Dövran Ayhan:`Qarabağ` hələ öz sözünü deyəcək`



`Qarabağ`ımız  cari mövsümdə tam qənaətbəxş çıxış edə bilmir. Çempionatın startından bəri komandamızı təqib edən zədə `sindromu`u bu gün də 5 futbolçumuzun xidmətindən yararlanmağa imkan vermir. Komandamıza transfer pəncərəsinin bağlanmasına bir gün qalmış gələn Dövran Ayhan da uzun müddət zədəylə bağlı problemlərlə üzləşdi. `Simurq`la oyunda rəsmi olaraq debüt edən türkiyəli yarımmüdafiəçi özəlliklə, `Bakı`yla oyunda əla oyunla diqqəti cəlb etmişdi. Dövran saytımıza verdiyi açıqlamada son oyunlar və  gələcək perspektivlər barəsində danışıb:`Qarabağ`a yeni gələndə zədələnməyim heç yerinə düşmədi. Daim öz üzərimdə çalışaraq zamanımı gözləyirdim. Hazır olmağım üçün vaxta ehtiyac vardı. Komandanın avrokuboklara erkən başladığı üçün müəyyən enişin olması normaldır. Amma getdikcə oyunumuzu tapırıq. Get-gedə daha yaxşı oynayacağıq. Hal-hazırda qərarlaşdığımız 5-ci pillə bizə qane etmir. Üstəlik, zədəli futbolçularımızın çoxluğu da öz sözünü deyir. Amma əmin ola bilərsiz ki, tezliklə daha yuxarılara qalxacağıq. Mənim özümün `Qarabağ`a uyğunlaşmağıma gəlincə. Təbii ki, komandanın hamısının eyni dildə danışması və fikirləşməsi komandanıın ruhunun formalaşması üçün çox önəmlidir. `Qarabağ`da bu baxımdan demək olar ki, vəziyyət idealdı. Ona görə də `Qarabağ`da özümü çox rahat hiss edirəm. İnanıram ki, mövsümün sonunda `Qarabağ`da ən azı bir titul qazanacam.

Paylaş

// pop up