DÖYÜŞKƏN HEÇ -HEÇƏ . . .

single-news
7 İyl 2006

DÖYÜŞKƏN HEÇ -HEÇƏ . . .



"QARABAĞ" 0 - 0 "ANKARASPOR" Bu gün "Qarabağ" Futbol klubu Türkiyə superligasında mücadilə edən "Ankaraspor" komandası ilə yoldaşlıq görüşü keçirdi.... "QARABAĞ" - C.Həsənzadə, S.Sokolov, A.Məmmədov (H.İsgəndərov,80),A.Kərimov (N.Yusifov,46), X.Mərdanov, R.Hüseynov, S.Abbasov, R.Hüseynov, S.Musayev (E.Xankişiyev,82),K.Kərimov (M.Hüseynov,85). Oyun sakit məcrada başladı. Hər iki komanda meydanın mərkəzi uörunda mücadilə apararaq, mərkəzi ələ keçirmək fikirləri matç öncəsindən sezilməyə başladı. İlk qol vəziyyəti isə matçın 18-ci dəqiqəsində yarandı. Romala qarşı kobudluqdan sonra Sokolovun cərimə zərbəsi qapı dirəyinin bir neçə sm-dən keçdi. Az sonra Samir Abbasovun ardıcıl iki dəfə yan ötürməsini Kənan Kərimov bir neçə metrlikdən qapıya göndərə bilmədi. Hissənin sonlarında isə Romal - Samir - Kənan paslaşması sonuncunun zərbəsi ilə tamamlansa da, qapıçı yaxşı oynadı. İkinci hissə bir qədər sakit məcrada keçdi. Hissənin yeganə qol vəziyyətini isə "Qarabağ" yaratdı. M.Hüseynovun künc zərbəsindən asmasını Sergey Sokolov gözəl zərbə ilə tamamlasa da, azca dəqiqlik çatışmadı. Matç boyu yaradılan qol vəziyyətlərinin qarşılığında isə "Ankaraspor" "Qarabağ" müdafiəçilərinin səhvsiz oyunu nəticəsində heç nə ilə yadda qalmadılar... Oyun "Ankaraspor" Futbol Klubunun məskunlaşdığı "Petro Club" yaylasının meydançasında keçirildi. Oyun

Paylaş