DRAMATİK OYUN, MÜDHİŞ QƏLƏBƏ: "QARABAĞ" - "NEFTÇİ" 2:1

single-news
4 May 2005

DRAMATİK OYUN, MÜDHİŞ QƏLƏBƏ: "QARABAĞ" - "NEFTÇİ" 2:1



"Qarabağ" - 1.R.Mehdiyev, 3.A.Kolinenko, 4.V.Boqaç, 15.M.Orucov, 2.A.Kərimov(7.A.Məmmədov, 18), 11.M.Engin Özmən, 91.E.İmaməliyev(21.İ.Məmmədov, 53), 91.D. Sokolovskiy, 5.A.İbrahimov, 14.İ.Karamanov(17.V.Nadirov, 74), 10.V.Vasilyev. "Neftçi" - 1.H.Məhəmmədov, 3.A.Tebloyev(21.T.Mişura,75), 4.E.Quliyev, 6.V.Abramidze, 7.M.Qurbanov, 9.Q.Qurbanov, 10.Q.Adamiya, 14.R.Sadıqov, 17.T.Vişeviç(8.E.Rəhmanov, 88), 19.R.Abbasov, 22.Z.Tağızadə. QOLLAR: QARABAĞ: 19.Emin İmaməliyev- 37 dəq, 17.Vüqar Nadirov- 91+2 dəq ; NEFTÇİ: 21.Tomislav Mişura - 81 dəq. Sarı vərəqələr: 17.T.Vişeviç ( Neftçi); 4.V.Boqaç,10.V.Vasilyev, 11.M.Engin Özmən,14.İ.Karamanov, 17.V.Nadirov. T.İsmayılov adına Suraxanıqəsəbə stadionu. 6000 tamaşaçı. Bu matç bir çox məsələlərə aydınlıq gətirəcəkdi. Həm çempionluq, həm də digər yerlərin sahibləri haqda məhz bu matçdan sonra nəsə fikir yürütmək imkanı yaranacaqdı. Ajeortaj da böyük idi. Stadionda 6000-ə yaxın azarkeş matçın başlanmasına iki saat qalmış artıq öz yerlərini tutmuşdular. Bütün futbol ictimaiyyəti də stadionda idi. İstər AFFA-dan istərsə də digər klublardan.. Hakimin fitindən sonra həmişə maraqla gözlənilən matç başlandı. Elə ilk dəqiqələrdən "Qarabağ" irəli atıldı və 6-cı dəqiqədə İvan Karamanovun ötürməsini Vadim Vasilyev zərbə ilə başa vursa da azacıq dəqiqlik çatışmadı. 12-ci dəqiqədə Engin Özmen Rəşad Sadıxovu səhvə yol verməyə məcbur etsə də, son anda Rəşad topu meydandan çıxara bildi. Meydana təzəcə daxil olmuş Aqil Məmmədovun 40 metrədən qapıya zərbəsi isə qapı dirəyindən qayıtdı. Bu üstünlüyün məntiqi nəticəsi də özünü çox gözlətmədi. Vasilyev- Sokolovski- Emin kombinasiyası sonuncunun dəqiq zərbəsi ilə başa çatdı: 1-0. İkinci hissə komandaların qarşılıqlı hücumları ilə başlandı.59-cu dəqiqədə Vadim Vasilyev cərimə meydançasında iki müdafiəçini keçsə də onu yıxdılar. Hakimin fiti isə susdu.Hətta Vadimə buna görə sarı vərəqə də verildi. Az sonra rəqib də öz cavabını verdi. Adamiya qapıçı ilə təkbətək qalsa da, Rauf Mehdiyev topu tuta bildi. 81-ci dəqiqədə matça təzəcə daxil olmuş Tomislav Mişura Denis Sokolovskinin meydanın mərkəzində kobud səhvindən məharətlə yararlandı. 25 metrlik məsafədən güclü zərbə qapı torunu silkələdi: 1-1. Bundan sonra matç daha da dramatik xarakter aldı. Az sonra T.Mişuranın zərbəsi qapı dirəyindən döndü. "Qarabağ"ın cavabı da özünü gözlətmədi. İsmayıl Məmmədovun qarşısı cərimə meydançası yaxınlığında kobudluqla alındı. Belə cərimə zərbələrinin "kral"ı sayılan İsmayılın zərbəsi müdhiş alındı. Qapı dirəyindən dönən topu qapıçı uzaqlaşdıra bilmədi. Vüqar isə yaranmış vəziyyətdə düzgün mövqe tutdu və topu qapıdan keçirdi : 2:1 və "Qarabağ" öz yerinə qayıtdı.

Paylaş

// pop up