"Düdelanj" - "Qarabağ"ımız 1:4

single-news
4 Okt 2019

"Düdelanj" - "Qarabağ"ımız 1:4



Bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. "Qarabağ"ımız səfərdə Lüksemburqun "Düdelanj" klubunun qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 11-ci dəqiqəsində hesabı açıb. Zubir qapıçı ilə təkbətək mübarizədə topu qapıya göndərib. Matçın 30-cu dəqiqəsində isə komandamız ikinci qolu vurub. Kintananın ötürməsini Miçel başla tamamlayıb. 

Məhz bu qoldan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Və bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağı da bildirilib. Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.

Matçın 37-ci dəqiqəsində isə Riçard Almeyda penalti zərbəsindən hesabı 0:3 edib və ilk hissə bu hesabla da başa çatıb.

 

İkinci hissəyə komandamız sürətli başlayıb. 69-cu dəqiqədə Kintana "Qarabağ"ımızın dördüncü qoluna imza atıb. Meydan sahibləri yalnız oyunun son dəqiqəsində vurulan qollardan birinin əvəzini çıxa bilib.Bu qol oyunda sonuncu olub və komandamız səfərdən 4:1 hesablı qələbə ilə qayıdır.  Bu qələbədən sonra komandamız 3 xalla turnirin cədvəlinin ikinci pilləsində qərarlaşıb. 

 

3 oktyabr

A qrupu
 
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar:
 Abdullah Zubir, 11, Miçel, 31, Almeyda, 38-pen, Dani Kintana, 69
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.

Paylaş