"Düdelanj" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq

2 Okt 2019
"Düdelanj" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Düdelanj" (Lüksemburq) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Bu gün baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi "Josy Barthel" stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.