DUEL ÖNCƏSİ FİKİRLƏR.( FUTBOL+QOL,4 dekabr)

single-news
4 Dek 2004

DUEL ÖNCƏSİ FİKİRLƏR.( FUTBOL+QOL,4 dekabr)



XIII milli çempionatda bu gün və sabah 13-cü turunoyunları keçiriləcək.Bu tur çərçivəsində ən prinsipial matç məhz "Neftçi" və "Qarabağ" kollektivləri arasında olacaq.Artıq bu qarşılaşma ilə bağlı hər iki klubun rəhbərliyi mətbuat konfransı keçirdi.Mətbuat konfransından sonra hər iki çalışdırıcı ilə görüşərək matç öncəsi fikirlərini öyrəndik.(aşağıda komandamızın məşqçisi ilə müsahibəni diqqətinizə çatdırırıq.) İQOR PONOMARYOV: "Rəqibə hörmətlə yanaşırıq, ancaq biz qalib gələcəyik." -Oyun öncəsi komandanizda durum necədir? -Hər şey normaldır.Bütün uşaqlar matça hazırlaşır.İxtiyarımda 18-19 futbolçu var.Bəzi zədəli futbolçularımız olsa da, matça qədər onların sıraya dönməsi gözlənilir.Konkret olaraq, Mübariz Orucovun "Neftçi"yə qarşı forma geyinməsi sual altındadır. -Flaqmanla görüşdə şanslarınızı necə dəyərləndirirsiniz? -Təbii ki, qələbəyə oynayacağıq.rəqibə hörmətlə yanaşırıq. Amma necə deyərlər "meydan düz, top isə yuvarlaqdır." -Bu oyunda xüsusi taktika tətbiq edəcəksiniz, yoxsa... -Bizim taktikamız birdir: yalnız qələbə qazanmaq.Bu matçda da qələbə qazanıb izləyicələrimizdən aralanmaq istəyirik.Təbii ki, bakılılara qarşı xüsusi motivasiya ilə oynayacağıq."Neftçi" futbolumuzun flaqmanıdır və bizim əbədi rəqibimizdir.Amma məğlub olmağa da haqqımız yoxdur.Çünki, Qarabağ adını daşımaq, böyük məsuliyyət tələb edir.Biz bu adı həmişə yüksək tutmalıyıq. -Rəqibin heyətində daha çox kimdən çəkinirsiniz? -Flaqman güclü futbolçulardan təşkil olunub.Onlardan M.Qurbanov, Z.Tağızadəni və digərlərini qeyd edə bilərəm.Biz ümumiyyətlə, bütün komanda üzvlərinə hörmətlə yanaşırıq. -Böyük səs- küyə səbəb olmuş "Karat"la matç haqqında nə deyə bilərsiniz? (Bu suala cavab qəzetdə təhrif olunmuş şəkildə çıxıb.Əslində isə İ.Ponomaryov belə cavab verdi:) -Mən birmənalı şəkildə deyə bilərəm ki, bu epizodda təmiz qol vurulmuşdur.Hesab edirəm ki, hakimlər doğru qərarlar qəbul etsələr, AFFA-nın işi asanlaşar.Amma heç nəyə baxmayaraq, hakimə qarşı vəhşilik edilməsini heç cür qəbul edə bilmirəm.Belə hərəkətlərdən uzaq olmaq lazımdır.Fikrimcə, hamı öz üzərində işləyib qüsurları aradan qaldırmalıdır.

Paylaş

// pop up