Dünya çempionun baş məşqçisi qovuldu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5035.jpg)
20 Dek 2010
Dünya çempionun baş məşqçisi qovuldu
Bu gün səhər İtaliyanın `İnter` klubunun prezidenti Massimo Moratti baş məşqçi Rafael Benitesin komandadan qovulması haqda qərar verib.`La Gazzetta dello Sport`un yaydığı məlumata görə, bu haqda qərarın verilməsinə Benitesin klublar arasındakı dünya çempionatının finalındakı qələbələrindən sonra keçirilən mətbuat konfransında rəhbərlikdən üç yeni futbolçunun transferi ilə bağlı tələb səsləndirməsi səbəb olub.
Moratti özü isə bildirib ki, baş məşqçinin belə fikir səsləndirməsi yersizdir.
Xatırladaq ki, Benites 6 illik `Liverpul` macərasından sonra ötən mövsüm `qızıl het-trik` edən `İnter`ə baş məşqçi təyin olunmuşdu.