Dünyada 4 nəfərdən biri - Boyan Pavloviç!

single-news
3 Apr 2012

Dünyada 4 nəfərdən biri - Boyan Pavloviç!



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun `quru seriya`ya malik qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə yanvarın 18-də açıqlanan cədvəldə 4 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 472-ə yüksəlib.

Həmin 4 nəfərdən biri `Qarabağ`ın serbiyalı qapıçısı Boyan Pavloviçdir. Ötən ilin qışından Ağdam təmsilçisində çıxış edən legioner 828 dəqiqəlik rekordu ilə siyahıya düşüb və 139-cu pillədə qərarlaşıb.

Maraq üçün deyək ki, Boyandan sonra `Çelsi`nin məşhur çexiyalı qapıçısı Peter Çex gəlir. Onun hesabında 827 dəqiqə var. Düzdür, bu, Çexin siyahıda 2-ci rekordudur və ondan yüksək olanı da var. Siyahıya daxil olan Navaf Xalid-Əl-Xalidi isə yüksək nəticəyə imza atıb. Küveytin `Əl-Qüdsiyə` klubunda oynayan ərəb qapıçı 1453 dəqiqə ilə 2-ci pilləyə yüksəlib. Onu dünya rekordundan 363 dəqiqə ayırır.

Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızın mövqelərinə təsir edib. Özü də onların çoxu geriləyib. Pavloviç ölkəmizin rekordlar siyahısında 16-cı göstəricinə imza atıb. O, bu uğura imza atan 12-ci qapıçımız olub.


İlk `onluq`

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi` (`Vasko da Qama`, Braziliya) – 1816 dəqiqə
2. Navaf Xali-Əl-Xalidi (`Əl-Qüdsiyə`, Küveyt) - 1453
3. Tabet Əl-Bətəl (`Nasyonal`, Misir) – 1442
4. Dani Verlinden (`Brügge`, Belçika) - 1390
5. Joze Mariya Buljubasiç (`Universidad Katolika`, Argentina) - 1352
6. Tabet Əl-Bətəl (`Nasyonal`, Misir) – 1325
7. Edvin van der Sar (`Mançester Yunayted`, İngiltərə) – 1311
8. Əssam Əl-Hadari (`Nasyonal`, Misir) – 1288
9. Samir Səid (`Əl-Ərəbi`) - 1283
10. Abel Resino Gomes (`Atletiko`, İspaniya) – 1275

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

26 (25). Nizami Sadıqov (`Turan`) – 1106 dəqiqə
57 (58). Xalidu Sissoko (`Bakı`) – 985
60 (61). Xalidu Sissoko (`Bakı`) – 971
64 (64). Camaləddin Əliyev (`Qarabağ`) – 958
68 (69). Pavel Doroşev (`Qəbələ`) – 952
74 (74). Elxan Həsənov (`Neftçi`) – 943
139. Boyan Pavloviç (`Qarabağ`) – 828
165 (169). Dmitri Kramarenko (`Karvan`) – 798
202 (206). Dmitri Kramarenko (`Neftçi`) – 772
247 (251). Rauf Mehdiyev (`Olimpik`) – 746
251 (254). Elşən Poladov (`Bakı`) – 744
256 (257). Nadir Şükürov (`Dinamo`) – 741
271 (273). Aleksandr Martyoşkin (`Xəzər Lənkəran`) – 735
308 (304). Kamran Ağayev (`Xəzər Lənkəran`) – 720
361 (363). Camaləddin Əliyev (`Qarabağ`) – 700
422 (421). Rauf Mehdiyev (`Olimpik`) – 676

Qeyd edək ki, qapıçılarımızın İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev bütün qapıçılarımızın da göstəricilərini göndərib.
Mənbə:apasport.az

Paylaş

// pop up