Dünyanın ən zəngin klubuna 1 milyardlıq təklif
Dünyanın ən zəngin klubuna 1 milyardlıq təklif
Asiya biznesmenlər konsorsiumu İngiltərənin “Mançester Yunayted” futbol klubunu Qleyzerlər ailəsindən almaq istəyir. `News of the World” yaydığı məlumata inansaq 6 milyarderdən ibarət qrupun hər biri 1 milyard funtundan keçməyə hazırdır.
Belə başgicəlləndirici təklifdən amerikalı Malkolm Qleyzerin imtina etməsi çox çətin görünür.Üstəlik, İngiltərədə Qleyzer ailəsinin sevilməməsi gec-tez mümkün dəyişikliyə zəmin yaradıb. Tailandın paytaxtı Banqkokda yerləşən konsorsiumdakı mənbədən bildiriblər ki, Qleyzer klubu satmaq istəyirsə, pul artıq masanın üzərindədir. Biznesmenlər qrupu ailənin klubu tam satmaq istəməyəcəyi təqdirdə, Qleyzerlərin paylarının saxlanılma məsələsinə də baxmağa hazırdır.
Xatırladaq ki, `Mançester Yunayted` dünyanın ən zəngin klubu sayılır.