Düşərgəmizdə yeni futbolçu
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
18 İyl 2012
Düşərgəmizdə yeni futbolçu
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışının ikinci mərhələsinə start verdi. Komandamız eyni zamanda transfer çalışmalarını davam etdirir. Bugün komandamızın düşərgəsinə yeni futbolçu gəlib.Ön xətt oyunçusu olan Christ Mbondi kamerunludu. İsveçrənin `Syon` klubundan gəlib. Ölkəsinin gənclər millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında baş tutan dünya çempionatında millisinin şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 sm boya malikdir.
Mbondi haqqında yaxın günlərdə qərar veriləcək.
Mbondi haqqında yaxın günlərdə qərar veriləcək.