"Dundalk" - "Qarabağ"ımız 1:1
17.jpg)
"Dundalk" - "Qarabağ"ımız 1:1
"Qarabağ" bu gün Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Komandamız səfərdə İrlandiyanın "Dundalk" klubunun qonağı olub. Oyuna sürətli başlayan komandamız 4-cü dəqiqədə hesabı açıb. Xayme Romeronun ötürməsini Mahir Emreli başla dəqiq tamamlayıb. Komandamız bir neçə dəfə hesab arasındakı fərqi artırmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Rəqib isə 78-ci dəqiqədə künc zərbəsindən sonra hesabl bərabərləşdirib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Tərəflər arasında cavab matçı iyulun 31-i, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol: Mahir Emreli,4 (0:1), P.Hoban, 78 (1:1)