ƏDALƏT TƏMSİLÇİSİ - İMAMXAN SULTANİ
10 Dek 2005
ƏDALƏT TƏMSİLÇİSİ - İMAMXAN SULTANİ
Bu gün Azərbaycan Çempionatında dörd oyunla 12-ci tura start veriləcək. turun mərkəzi oyununda T.Bəhramov adına Respublika stadionunda "Neftçi" "Karvan"ı qəbul edəcək. Bundan başqa "Olimpik" - "Bakı", "İnter" - "MOİK","Gənclərbirliyi" - Şahdağ" oyunları da bu gün keçiriləcək.
Sabah isə, daha üç oyunla tura yekun vurulacaq. "Gəncə" - "Göyəzən və "Turan" - "Xəzər Lənkəran" matçları ilə yanaşı, "Qarabağ" da səfərə yollacaq. sumqayıtda "MKT Araz" "Qarabağ"ı qəbul edəcək.
Matçlara təyin olunan hakimləri artıq elan olunmuşdur. "MKT Araz" - "Qarabağ" oyununda ədalət təmsilçisi İmamxan Sultani olacaq. Ona Elman Musayev və Azad Q.Hüseynov kömək edəcəklər. Matçda dördüncü hakim Elçin Məmmədov olacaq. AFFA nümayəndəsi Siyavuş İbrahimov, Hakim-inspektor isə Əlisgəndər Nağıbəyov olacaq.