EDUARDONUN AYAĞI QIRILDI, ALƏM QARIŞDI. VİDEO

single-news
25 Fev 2008

EDUARDONUN AYAĞI QIRILDI, ALƏM QARIŞDI. VİDEO



Həftəsonu “Birmingem” – “Arsenal” matçında cox üzücü olay baş verib. Böyük prespetktiv vəd edən, ötən il Avropa çempionatlarının ən məhsuldar oyunçusu olmuş “Arsenal”ın hücumçusu Eduardo Da Silvanın ayağı düz 3 yerdən qırılıb. Adı çəkilən futbolçu oyunun 3-cü dəqiqəsində Martin Taylorun Silvaya qarşı etdiyi kobudluq Braziliyaəsilli forvardın həyatını təhlükəyə salıb. Görüşün hakimi, Taylora birbaşa qırmızı vərəqə göstərməklə premyerliqa tarixinin ən erkən qovulmasına  imza atıb.

Eduardonun başına gələn İngiltərəni bir-birinə qatıb. “Arsenal”ın baş məşqçisi Arsen Venger Martin Tayloru ömürlük futboldan uzaqlaşdırmaq lazım olduğunu bildirib. Onun “Birmingem”li həmkarı Aleks Makliş isə Taylorda elə də günah görmədiyini hadisənin Eduardonun daha cəld olması ilə əlaqələndirib.

Hakimlərin qənaətinə görə Eduardo ən azı 8 ay meydanlardan kənar qalmalıdır. Üstəlik onun bir daha futbol oynamama ehtimalı da var. Belədə Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardiri Eduardo yayda keçiriləcək  final mərhələsinə qatıla bilməyəcək.

 

Eduardonun ayağının qırıldığı an...

 

Paylaş

// pop up