Əfran 1 həftəyə başlayır
11 Okt 2010
Əfran 1 həftəyə başlayır
`Qarabağ` Futbol Klubunun Azərbaycan futboluna bəxş etdiyi ən yeni ulduzlardan olan Əfran İsmayılov Avqustda zədələnərək sıradan çıxdığı məlumdur. 22 yaşlı vunderkind uzun zamandır Türkiyədə müalicə keçirdi. İsmayılov artıq Bakıdadır: `Məlumdur ki, Türkiyədə əməliyyatdan sonra müalicə kursu keçirdim. `Qalatasaray`la da çalışan İlhan Er mənimlə xüsusi çalışırdı. Artıq yüngül qaçışa başlamışam. Ayın 16-sı yenidən Türkiyəyə qayıdıram. Bu dəfə 1 həftə qalacam qardaş ölkədə. Artıq toplu çalışmalara başlayacam. 23-ü qayıdıb artıq komandayla məşqlərə başlayacam. Hər halda ən azı 1 aylıq hazırlıq dönəmi keçirəcəm. Yenidən oynamaq üçün darıxsam da, tam hazır olmaq istəyirəm. İnşallah, tam hazır olub meydana çıxmaq istəyirəm`